Türkiyə Superliqasında 2024/2025 mövsümünün çempionu müəyyənləşib.
Doğru.az xəbər verir ki, XXXVI turda doğma meydanda “Kayserispor” üzərində 2:0 hesablı qələbə qazanan “Qalatasaray” sona iki tur qalmış çempionluğu rəsmiləşdirib. İstanbul təmsilçisinin qollarını 26-cı dəqiqədə Viktor Osimhen və ondan 3 dəqiqə sonra Barış Alper Yılmaz vurublar.
Beləliklə, baş məşqçi Okan Burukun rəhbərlik etdiyi komanda ikinci pillədə qərarlaşan əzəli rəqibi “Fənərbağça”nı 8 xal qabaqlayaraq qızıl medallara sahib çıxıb.
DOĞRU.AZ