image-2000x150px
image-123
image-ads_atlas
image-seferbackend

Qanundan qaçan satıcı: “100 manat ver, çörək yesinlər”

image-728x90px

Baku TV paytaxtın Yasamal rayonu, “İnşaatçılar” metro stansiyasının qarşısında çəkiliş edib.

İllərdir Azərbaycanda qarşısının alınması mümkün olmayan küçə ticarəti ilə məşğul olanlar müxtəlif üsullarla çəkilişə ya mane olmağa çalışıb, ya da kənara çəkib “çay”a dəvət ediblər.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata əsasən, səyyar satıcılıqla məşğul olan şəxslərin icazə sənədi olmalıdır. Bu icazə kağızında satıcının hansı küçədə, harada satış edə biləcəyi ilə bağlı məlumat yazılır.

Jurnalist satıcılardan belə bir sənədlərinin olub-olmadığını öyrənməyə çalışsa da, onlar kameranı görən kimi ərazidən uzaqlaşıblar. Polis əməkdaşlarının müdaxiləsindən sonra isə mallarını yığışdırmağa başlayıblar. Ərazidəki “Azərlotereya”nın səyyar satış məntəqələrindəki satıcılar isə icazə sənədi yerinə, şirkətin vəsiqəsini göstərməklə kifayətləniblər.

Metronun “20 Yanvar” stansiyasının çıxışlarında da oxşar vəziyyət hökm sürür. Əhalinin sıx olduğu ərazilərdə satış edərək hərəkətə mane olan şəxslər kameranı görüb mallarını elə ortalıqdaca qoyub uzaqlaşıblar. Bəziləri isə sadəcə satıcı olduqlarını əsas gətirərək, yaxalarını kənara çəkməyə çalışıblar.

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki