image-2000x150px
image-123
image-ads_atlas
image-img-20220508-wa0132backend

Qarabağ qazisi Kamil Musavi – Vətəni sevməyin yolu, savadlı kadr kimi yetişməkdir

image-728x90px

Bu gün, Qazax rayonunun bir qrup ictimai fəal gənci Vətənpərvərlik mövzusu ilə bağlı Qarabağ qazisi Kamil Musavi ilə görüş təşkil etmişdir.

Kamil Musavi gənclərin suallarına dolğun cavab verərək, onlarda vətənpərvərlik hissinin daha da gücləndirilməsi üçün dəyərli tövsiyələrini bildirib.

Qeyd edək ki, Qarabağ qazisi Kamil Musavi döyüş tapşırığını yerinə yetirərkən bir ayağını və bir gözünün görmə qabiliyyətin itirib. Xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə, “Vətən Naminə” və “General Həzi Aslanov” medalı ilə təltif olunub.

Qarabağ qazisi gənclərin diqqətinə çatdırıb ki, Vətəni sevməyin, onu qorumağın başlıca yolu dərin biliklərə yiyələnib, savadlı kadr kimi yetişməkdir. Səmimi görüş üçün Kamil bəyə təşəkkür edirik.

Günəş Nəsibli  “DOĞRU.AZ”

image-img-20220508-wa0132 image-img-20220508-wa0131 image-img-20220508-wa0130 image-img-20220508-wa0129 image-img-20220508-wa0127 image-img-20220508-wa0128

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki