image-219896_6zfc021fbw-1backend

Qaxa dolu yağıb – FOTOLAR 

Qax rayonunda hava şəraiti kəskin dəyişib.

Doğru.az “Report”a istinadən xəbər verir ki, rayonun İlisu kəndinə dolu yağıb.

Beş dəqiqə davam edən dolunun diametri 10-20 millimetr olub.

Kənd sakinləri bildiriblər ki, dolu yaşayış evlərinə ziyan vurmayıb.

Qeyd edək ki, bu gün Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub, ildırımla müşahidə olunan leysan yağışı yağıb.

Qaxın İlisu kəndi dəniz səviyyəsindən 1 400 metr yüksəklikdə yerləşir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki