Qazaxıstan xarici işlər nazirinin müavini Kanat Tumış bildirib ki, Astana Suriya üzrə “Astana” danışıqlarının 20-ci iclasını bu formatda görüşlərin yekun mərhələsinə çevirməyi təklif edib.
RİA Novosti xəbər verir ki, bu barədə Tumış Qazaxıstanda keçirilən danışıqların 20-ci raundunun yekunlarına dair plenar iclasda bildirib.
“Biz Suriya üzrə Astana prosesinin yekun mərhələsi kimi 20-ci beynəlxalq görüşü rəsmən elan etməyi təklif edirik. Xahiş edirəm, bu qərarı birgə bəyanata daxil edin”.
Tumış bu təşəbbüsü digər məsələlərlə yanaşı, “Suriyanı ərəb ailəsinə qaytarmaq” ilə izah edib.
Daha əvvəl RİA Novosti Qazaxıstanda Suriya üzrə danışıqlarda İran nümayəndə heyətinə başçılıq edən İran xarici işlər nazirinin köməkçisi Əli Əsgər Hacıya istinadən xəbər vermişdi ki, Rusiya Federasiyası, İran, Suriya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində növbəti görüş keçirmək niyyətindədirlər.
Mənbə: RİA Novosti