image-n1karobka_ads
image-123
image-fa24c55c-4d50-3893-aca6-a3d48131ba90_850backend

Qazaxıstanda DƏHŞƏTLİ YANĞIN – İnsanlar təxliyə

Qazaxıstanın paytaxtı Astanada çoxmərtəbəli bina yanır.

Doğru.az xəbər verir ki, bu barədə “Kazinform” ölkənin Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat yayıb.

Bina inzibati və qismən yaşayışlıdır. İlkin məlumatlara görə, xarici örtüyü yanır.

Bildirilib ki, yanğının söndürülməsinə 16 texnika və 72 canlı qüvvə cəlb olunub.

Hadisə yerində qərargah yaradılıb. Evakuasiya aparılır. Hazırda FHN-nin xilasediciləri 1-i uşaq olmaqla 8 nəfəri təxliyə ediblər.

Ölənlər barədə məlumat yoxdur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki