image-2000x150px
image-123
image-ads_atlas
image-20210405_194154backend

Qəhrəmanlıq yolu: “İkinci Qarabağ müharibəsi Azərbaycanın hərb tarixinə şanlı səhifələrlə yazıldı”

image-728x90px

Ordumuz bu ölüm-dirim savaşında böyük hünər və şücaət nümayiş etdirdi. 30 il düşmən tapdağı altında olan müqəddəs torpaqlarımızın azad olunması uğrunda əsgərlərimiz, mayorlarımız, gizirlərimiz, könüllülərimiz bir sözlə ifadə etsək, atalarımız, oğullarımız, qardaşlarımız və dostlarımız çiyin-çiyinə vuruşaraq misilsiz qəhrəmanlıqlar göstərdi. Bir çox igidlərimizin adları xalqın dilinin əzbərinə çevirildi.

44 gün ərzində bizə zəfər hissini, əsl dəmir yumruq kimi möhkəmliyimizi, birliyimizi cəbhədə sübut etdilər və bu cəngavərlərdən biri də əsl düşmən çəpəri olan, öz snayperi ilə mənfur düşmənlərimizin 40-dan çox canlı qüvvəsini məhv edən Xüsusi Təyinatlı Qüvvələrinin giziri Şəhid Məmmədov Emin Vətən oğlundan danışacam.

1992-ci il avqustun 15-i Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində bir Azərbaycan əsgəri dünyaya göz açır. Gəlişi ilə hamıya sevinc bəxş edən aslanımızın valideynləri nə biləcəkdirlər ki, 28 ildən sonra məhz 30 illik Vətən həsrətini bütöv Azərbaycan xalqının gözündən silərək hamıya sevinc bəxş edənlərdən biri olacaq. Məncə bundan böyük vətən sevgisi ola bilməz.

Gəlin qəhrəmanımızın biraz məktəb illəri ilə tanış olaq. Emin 1999-cu ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində yerləşən birinci Qarabağ müharibəsində şəhid olan Tağı Məmmədovun adına həsr olunmuş ümumi tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. Emin sinifdə çalışqan şagird idi. Dərslərindən daim yaxşı qiymətlər alardı. Məktəbdə ən sevdiyi fənn isə tarix fənni olub. Amma heç kim bilməzdi ki, Emin özü bir tarix yazacaq və növbəti gənc nəsil bu tarixi böyük qürur hissi ilə oxuyacaq. Müəlliməsi də Emini çox istəyirdi. Deyərdi ki, “Emin dərslərində çalışqan bir şagirddir. Tərbiyəsi ilə digər yoldaşlarindan seçilərdi.”

Beləcə, Emin 11-ci sinfi başa vurur. Məktəbi bitirdikdən sonra vətənə borcunu ödəmək üçün hərbi xidmətə yola düşür. Hərbi xidmətini Qazaxda N- saylı hərbi hissələrin birində kəşfiyyatçı əsgər kimi xidmət göstərmişdir. Əsgərlik xidmətini başa çatdirdiqdan sonra doğma kəndinə qayıdan Emin bir müddətdən sonra hərbi xidmətini davam etdirmək üçün gizir hərbi kursuna yazılır. Gizirlik hərbi kursunu müvəfəqiyyətlə bitirdikdən sonra Beyləqan rayonunun N- saylı kəşfiyyat taboruna xidmətinə davam etdirmək üçün gəlir. Gizir Məmmədov Emin xidmətini müddətində snayperçi yarışlarına qatılaraq birinci yer tutmuşdur.

Beləcə aradan bir neçə il keçir… Artıq qisas zamanı gəldi. 30 il yad əllərdə olan torpağı xilas etmək lazımdır. Beləliklə, 27 sentyabr 2020-ci il tarixində ölkə başçımız cənab İlham Əliyev sadecə “ irəli !” əmrini verərək bütün Azərbaycan xalqı və ordusu ayağa qalxdı. Məhz bu “ irəli “ əmrinin nəticəsində 30 il ərzində çəkilən acıların qisası və torpaq həsrətinə son qoyuldu. Bəs sizlər bilirsinizmi bu hansı aslanlarımızın geri dönüşüdür?- O zamanlar yəni 30 il bundan əvvəl o yollarla ayaqyalın didərgin salınan körpələrin geri dönüşüdür.

Bəli türk oğuz elinin oğulları belə ər, qorxmaz, aslan və şahin idilər. İgidlərimizin arasında Emində var idi. Emin Qarabağ müharibəsi başlayan zaman ön cəbhəyə yollanıb. Füzuli istiqamətində gedən döyüşlərdə fəal iştirak edir, mənfurların 40-dan artıq canlı qüvvəsini snayperlə məhv etmişdir. Mən bu cümləni deyəndə bir anlıq dastanlardan oxuduğumuz Koroğlunu xatırlayıram. Koroğlu Misri qılıncını çəkərək düşmənlərə meydan oxuyurdu, Emin isə snayperi ilə düşmənlərə meydan oxuyurdu. Eminin dəqiq və sərrast atışının nəticəsinə görə döyüş yoldaşları ona “Şahingöz” ləqəbini verirlər. Qəhrəmanımız öz dəstəsi ilə 10 km irəliləyərək 3 postun alınmasında iştirak edib.

Gizir Məmmədov Emin həm də yaralı əsgər yoldaşlarının çıxardılmasında iştirak edib. O, Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur. Bu an şair Məhəmməd Füzulinin dəyərli bir sözü yadıma düşdü: “ Ya şəhid olmaq gərək, ya da intiqam almaq gərək.” Emin də həm intiqam aldı həm də şəhid oldu. Döyüş yoldaşları şəhid haqqında bunları deyirdilər: “ Emin sayəsində biz sağ qaldıq. Bizə kömək etdi. Səngərdə əlini qaldırıb bizə işarə verdi ki, aşağı əyilək, elə bu an düşmən gülləsinə tuş gəlib şəhadətə yüksəldi.

Emin Məmmədov 27 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalır və bizlərə bir hədiyyə bəxş edib cənnətə qovuşdu aslanımız. Bilirsinizmi mən hansı hədiyyəni deyirəm? “Qarabağ” adlı bir hədiyyədən gedir söhbət. Qarabağ bundan sonra vətən torpağı olmaqla yanaşı şəhidlərimizin əmanətidir. Onlar bizim üçün “Qarabağ” adlı bir mükafat verib və əbədiyyətə qovuşdu 2800-dən çox şəhidlərimiz. Hər birinizin ruhu qarşısında baş əyirik. Haqqınızı bizə halal edin. Sizlər hər birimizin ürəyində yaşayacaqsınız.

Şəhidimiz Emin Məmmədovun ölümündən sonra prezident cənab İlham Əliyevin 15. 12. 2020-ci ilin sərəncamına əsasən:
• “ Vətən uğrunda” medalı ilə;
• “Vətənə xidmətinə görə” ordeni ilə;
• “Füzulinin azad olunmasına görə” medalı ilə;
• “Qubadlının azad olunmasına gorə” medalı ilə təltif olunmuşdur.

Elə burdaca dini kitabimiz Qurani-Kərimdən Bəqərə surəsini misal çəkərək sonlandırmaq istərdim: “Allah yolunda öldürülənlərə ( şəhid olanlara ) ölü deməyin. Əksinə, onlar diridirlər. Lakin, siz bunu dərk etmirsiniz.

DOĞRU.AZ

Sevinc Hüseynova

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki