image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1616243766836backend

Qənirə Paşayeva Bakı məktəblərində təhsil alan şəhid övladları ilə görüşdü – FOTOLAR

image-728x90px

Doğru.az xəbər verir ki,  Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində oxuyan şəhid övladları ilə virtual görüşdə çıxış edib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva öz çıxışında I və II qarabağ müharibəsindən, tarixi zəfərimizdən, Vətən övladlarının göstərdiyi misilsiz qəhrəmanlıqlardan söz açaraq, bu ilkii Novruz bayramında Şuşada, işğaldana zad olunmuş digər şəhər və rayonlarımızda bayram tonqalları qalaya bildiyimiz üçün ilk növbədə şəhidlərimizə minnətdar olduğumuzu deyib.

“Şəhidlərin ruhu qarşısında dərin ehtiramla baş əyirik!” deyən Q.Paşayeva, şəhid övladlarının ömrü boyu başı uca, alnı açıq, üzü ağ yaşayacağını söyləyib.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən qələbəni dövlət-xalq birliyinin, Azərbaycanın haqlı davasının, xalqımızın qəhrəmanlıq irsinin təntənəsi kimi dəyərləndirən Q.Paşayeva, qələbəmizin, şəhdilərimizin qəhrəmanlığının orta məktəblərində təbliği və öyrənilməsini alqışlayıb, təqdir edib.
“Əziz şəhid övladları! Siz əziz şəhidlərimizin bizə yadigarısız! Bizlər sizləri öz ailə üzvlərimizdən seçmirik, sizlər də bizim balalrımızsız, doğmamızsız. Düşmən üzərində qələbə münasibəti ilə təbriki, sevinci, qüruru ən çox siz haqq edirsiz. Sizi bağrımıza basır, öpür, yeni uğurlar diləyirəm!”
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, General-mayor Polad Həşimovun anası Səmayə Həşimova, “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə xanım Cəfərova, Xalq artisti Nurəddin Mehdixanlı və şagirdlər çıxış edib, Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Vətən oğullarına həsr olunmuş videoçarxın nümayiş olunub.

image-fb_img_1616243771566 image-fb_img_1616243778684 image-fb_img_1616243773874 image-fb_img_1616243776507 image-fb_img_16162437693522

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki