image-2000x150px
image-123
image-ads_atlas
Qənirə Paşayeva gənclərə çağırış edib – FOTObackend

Qənirə Paşayeva gənclərə çağırış edib – FOTO

image-728x90px

MM-nın Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Gənc Politoloqlar Təşkilatının Xocalı Soyqırımının 29-cu ildönümü ilə bağlı təşkil etdikləri konfransda gənclərə çağırış edib.

Azərbaycan Gənc Politoloqlar Təşkilatı Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın iştirakı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı “onlayn” konfrans keçirib.
Komitə sədri Xocalı soyqırımına aparan hadisələr zəncirindən, xalqımızın yaşadığı ağır faciənin insanların, ailələrin, cəmiyyətin və bütövlükdə xalqın həyatındakı dərin izlərindən danışıb. Qənirə Paşayeva ötən illər ərzində xalqın sınmadığını, toparlandığını və nəhayət 44 günlük Vətən Müharibəsi ilə əldə edilmiş tarixi zəfərdən sonra bölgədə yeni reallıqlar yarandığını xüsusi vurğulayıb. Bütün hallarda Xocalı soyqırımı günahkarlarının sonuncu nəfərindək ədalət mühakiməsinə cəlb edilməsi, cəzalandırılması üçün bundan sonra da işlərin aparılacağını qeyd edən Komitə sədri, gənc nəslin, ictimai fəal qüvvələrin üzərinə düşən mənəvi məsuliyyətdən söz açıb. Komitə sədri Heydər Əliyev Fondunun, fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının ciddi nəticələrini nümunə gətirib.
“Bəli, biz Xocalıya ədalət istəyirik. Bizim mübarizəmiz, istəyimiz bütün parametrlər üzrə beynəlxalq hüquqa, insan haqlarına əsaslanır və ədalətlidir.

Xocalı soyqırımı canilərinin öz haqq etdikləri cəzanı almaları dünyada bir daha soyrıqımlar olmamamsı üçün çox vacibdir”.

Qənirə Paşayeva dünyada Xocalı soyqırımı ilə bağlı qərar qəbul etmiş ölkələrə, parlamentlərə, ayrı-ayrı qurum və quruluşlara bir daha təşəkkür ifadə edərək, gəncləri, onların timsalında dünya azərbaycanlı gənc fəalları, Azərbaycan dostlarını Xocalı (Azərbaycan) həqiqətlərini dünyaya yaymağa çağırıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki