image-2000x150px
image-123
image-ads_atlas
image-415093246_1323744688290750_6877976201048098258_nbackend

Qəzza zolağında iki binada partlayış baş verib, ölənlər var

image-728x90px

Qəzza zolağında iki bitişik binada baş verən partlayış nəticəsində İsrail Müdafiə Qüvvələrinin (IDF) 21 əsgəri həlak olub.

Bu barədə İsrail ordusunun sözçüsü məlumat yayıb.

Onun sözlərinə görə, əsgərlər bufer zona yaratmaq üçün Qəzza zolağı ilə İsrail sərhədindən 600 metr məsafədə HƏMAS hədəflərinin binalarının sökülməsini həyata keçirirmiş. Bu zaman Fələstin hərəkatının nümayəndələri İsrail qırıcılarının təhlükəsizliyini təmin edən tanka hücum ediblər. İki binada eyni vaxtda partlayış səsləri eşidilib. İsrail ordusu hərbçilərinin əksəriyyəti içəridə olarkən binalar dağılıb.

Partlayışın minalanma nəticəsində baş verdiyi ehtimal edilir, lakin hadisənin səbəbi hələ də araşdırılır.

Mənbə: iz.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki