Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi Pobeda zirvəsində itkin düşən iki iranlı alpinistin axtarış işlərinin dayandırıldığını açıqlayıb.
Doğru.az xəbər verir ki, TASS-ın məlumatına görə, nazirliyin mətbuat xidməti bildirib: “Bütün axtarış əməliyyatları dayandırılıb, onların bu il bərpa olunub-olunmayacağı hələ məlum deyil”.
Məlumata görə, alpinistlərin itdiyi ərazidə hazırda hava şəraiti əlverişsizdir.
Xatırladaq ki, bundan əvvəl Qırğızıstanın İssık-Kul bölgəsində İrandan olan iki alpinistlə əlaqənin kəsildiyi barədə məlumat yayılmışdı.
DOĞRU.AZ