Qobustan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “Foton” markalı yük avtomobili ilə “Chevrolet” markalı minik avtomobili toqquşub və yük maşını aşıb.
Hadisə zamanı “Foton”un sürücüsü, 1989-cu il təvəllüdlü Zirəddin Azər oğlu Abdulkərimov, avtomobildə sıxılı vəziyyətdə qalıb.
Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qobustan rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Onlar sürücünü xüsusi vasitələrin köməyi ilə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
DOĞRU.AZ