Qubada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Doğru.az xəbər verir ki, Bakı-Quba-Rusiya sərhəd yolu ilə hərəkətdə olan “VAZ 21011” markalı avtomobil Ağbil kəndi yaxınlığında idarəetməni itirərək ağaca çırpılıb.
Qəza nəticəsində sürücü, Quba rayonunun Aşağı Xuc kənd sakini, 23 yaşlı Ceyhun Yusifov dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin, 24 yaşlı Asim Qafarov isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DOĞRU.AZ