image-ads_n1karobka_mobile
image-1707115901_images-4backend

Qubada ağır yol qəzası – 5 nəfər xəsarət alıb

Quba rayonunun Xucbala kəndi ərazisində minik avtomobilləri toqquşub.

Doğru.az “Report” a istinadən xəbər verir ki, “VAZ-2109” və “Opel” markalı minik avtomobilləri toqquşması nəticəsində 5 nəfər – 1979-cu il təvəllüdlü Zülfüqarov Elzamin Seyfulla oğlu, 1989-cu il təvəllüdlü Balayev Nurlan Cavanşir oğlu, 1985-ci il təvəllüdlü Əlixanov Elnur Ərəstun oğlu, 1954-cü il təvəllüdlü Əliyev Nazif Nəriman oğlu və 1980-cı il təvəllüdlü Süleymanov Qahir Asəf oğlu ağır xəsarət alıb.

Yaralananlar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, həkimlər xəsarət alan şəxslərin vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki