image-2000x150px
image-123
image-ads_atlas
Quliyev İlkinin döyüş yolu- VİDEObackend

Quliyev İlkinin döyüş yolu- VİDEO

image-728x90px

Doğru.az informasiya agentliyi ikinci Qarabağ döyüşlərində şücaət göstərərək, şəhidlik zirvəsinə ucalan Quliyev İlkin Rəfail oğlunun döyüş yoluna səyahət edəcək.

Quliyev İlkin Rəfail oğlu 15.04.2002-ci ildə Moskva şəhərində anadan olubdur.Əslən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundadır.2007-ci ildə Moskvadan Bakıya ailəsi ilə birgə köçən İlkin Quliyev Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşayıbdır. Təhslinin geridə qalan hissəsini Sabunçu rayonu 310 saylı orta məktəbdə davam edibdir.Hələ orta məktəbdə oxuduğu illərdə sayılıb-seçilən şagirdlərdən olubdur.Məktəb illərində səsləndirdiyi şeirlərdə, mahnılarda vətənpərvərlik hissini İlkində görmək olardı.

İlkin Quliyev orta təhsili başa vurub Qərbi Kaspi Universitetinin əznində fəaliyyət göstərən kollecin “Marketinq” ixtisasına qəbul olur. Orta ixtisasını tam başa vurmamış ordu sıralarına çağırılır.2020-ci ilin mayında Qusar rayonun 651 nömrəli hərbi hissənin 1-ci taborunun 3-cü bölüyündə hərbi xidmətini şərəflə keçməyə başlayır. 44 günlük Vətən müharibəsi İlkin Quliyevdə vətənə həvəsini dah da artırır.

İkinci Qarabağ döyüşlərində qorxmazlığı, igidliyi ilə döyüş yoldaşlarının diqqətini özündə cəmləşdirməyi bacarır. Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə ağır yaralanaraq, Hərbi Qospitala yerləşdirilir. Həkimlərin səylərinə baxmayaraq, 08.10.2020- ci ilə Hərbi Qospitalda vəfat edərək şəhidlik zirvəsinə ucalır.10.10.2020 ci ildə Quliyev İlkin Rəfail oğlu Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılır.

Cənab Prezident , Ali Baş Komandan İlham Əliyevin əmri ilə Quliyev İlkin Rəfail oğlu Vətən uğrunda və Füzulinin azad olunmasında göstərdiyi qəhrəmanlığa görə medallarla təltif olunubdur.

Allah Rəhmət Etsin.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki