Bu barədə PLoS Biology jurnalında məqalə dərc edilib.
Yaşlanma həm genetik, həm də ətraf mühitin təsirinə məruz qala bilən mürəkkəb bir prosesdir. Əvvəlki araşdırmalarda Miçiqan Universitetinin bioloqları müəyyən ediblər ki, meyvə milçəkləri digər ölü meyvə milçəklərini görəndə daha tez qocalır.
İndi Christy Gendronun rəhbərlik etdiyi eyni tədqiqat qrupu bunun niyə baş verdiyini dəqiq anlaya bildi. Meyvə milçəkləri üzərində aparılan bir sıra təcrübələr bunun üçün müəyyən bir qrup neyronun məsuliyyət daşıdığını göstərdi. Ölü milçəklərə məruz qalma milçək beyninin ellipsoid bədəni adlanan bölgəsində aktivliyin artması ilə nəticələnir.
Bu sahədə müxtəlif halqa neyronlarının susdurulması effekt üçün R2 və R4 adlı iki növ halqa neyronunun lazım olduğunu göstərdi və digər testlər göstərdi ki, bu neyronlarda yerləşən serotonin 5-HT2A reseptoru bu prosesdə əsas rol oynayır.
Mənbə: Lenta.ru