Çeçenistan rəhbəri Ramzan Kadırov şəxsi təyyarəsinin olması barədə yayılan xəbərləri təkzib edib.
Doğru.az xəbər verir ki, RİA Novosti-yə açıqlamasında Kadırov, yalnız ildə bir dəfə Birləşmiş Ərəb Əmirliklərinə səfər etdiyini vurğulayıb: “Mənim şəxsi təyyarələrim yoxdur. Əmirliklərə də yalnız iqtisadi məsələlərlə bağlı gedirəm”, – deyə o bildirib.
Qeyd edək ki, Kadırov bir müddət əvvəl Vedenski rayonunun dağlıq ərazisində yerləşən Xarkaroy kəndinə hələ də getmədiyini açıqlamışdı.
DOĞRU.AZ