image-ads_n1karobka_mobile
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova ad gününü qazilərlə keçirdi-FOTObackend

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova ad gününü qazilərlə keçirdi-FOTO

44 günlük ikinci Qarabağ müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. Vətənin azadlığı uğrunda şəhid olan igidlərimiz öz qanları ilə zəfər tarixini yazdılar. Heç vaxt unutmayacağımız şəhidlərimiz kimi bu vətən üçün bədənlərinin müxtəlif hissələrini itirmiş qazilərimizdə oldu.Onlar da bu vətənin hər bir qarış torpağı üçün sinələrini döyüş meydanında sipər edərək, qazilik kimi ali mərtəbəyə ucaldılar. Onlar bu xalq, bu vətən üçün canlı tarixdilər. Xalqın istər hüquqi istəsə də, fiziki şəxsləri olsun qazilərimizə baş çəkərək onların problemləri ilə yaxından maraqlanaraq, lazımı köməyi etməyi özlərinə borc bilirlər.

Dogru.az xəbər verir ki, belə şəxlərdən biri də Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova oldu. Qurumun rəhbəri Arzu Bağırova bu gün ad gününü vətən uğrunda qazi olan igidlərlə keçirtdi. Özəl gününü qazilərimizdən üstün tutmaması rəhbər xanımın aliliyindən xəbər verir. “Regional hüquqi və iqtisadi maarifləndirmə” ictimai birliyi fəaliyyətə başladığı müddətdən bu günə kimi əsas xidməti və amalı bir təşkilat kimi xalqın həssas qrupundan olan insanların yanında olaraq, onların problemlərini həll etməkdir. Bu gündə qurumun rəhbəri Arzu Bağırova ad günündə qazilərimiz yanında olaraq xoş gününü onlarla keçirməsi, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin uğurlu fəaliyyətindən xəbər verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki