image-2000x150px
image-123
image-ads_atlas
image-979793backend

Rəşad Tağıyevin Şəmkir camaatından XƏBƏRİ VARMI? – TOTAL NARAZILI

image-728x90px
Şəmkir rayonunun Düzqışlaq kənd sakini İsmayılov Şükür Rasim oğlu Hurriyyet.az-a müraciət edərək bildirib ki, kənd camaatı iki ildir susuzluqdan əziyyət çəkir:

“Bu kəndin sakinlərinin problemləri danışmaqla qurtarmır, zavallı əhali problemlərini sadalamaqda da çətinlik çəkir. Kənddə su problemi o qədər ciddidir ki, əhali artıq üsyan həddinə çatıb”.

Şikayətçi deyir ki, aidiyyəti qurumların hər birinə müraciət etsələr də, şikayətlərinə əhəmiyyət verilmir:

“Bütün kənd camaatı ayağa qalxıb. Müraciət etiyimiz orqanların heç biri gəlib subartezian quyusunu təmir etdirmir. Həmin subartezian quyusundan 120 ev, 40-50 hektara yaxın əkin sahəsi və bir çox həyətyanı məhlələr istifadə edirdilər. Parniklərdə əkdiyimiz məhsullar zay olur. İki ildir bu zülmlə qarşı-qarşıyayıq. 20-gündür ki, subartezian quyusu bir damcı su vermir. Adi çirkli suyu belə əldə edə bilmirik, təmiz dəyanıb”.

Şikayətçi onu da deyir ki, kənd əhalisi suvarma idarəsinin rəisi Tahir Xəlilovun vədlərinə inanaraq, aylardır gözləyir: “Rayonun suvarma idarəsinin müdiri Tahir Xəlilova müraciət ünvanlamışıq. O bildirdi ki, narahat olmayın, bir aya kimi şikayətinizi təmin edəcəm. Aylardır gözləyirik, heç bir tədbir görülmür. Biz müraciət etdiyimiz vaxtlarda subartezian quyusu təmir olunsaydı, bu gün tamamilə dayanmazdı. Subartezianın gözünü gil tutub, təmizlənməsə, dəyişilməsə mümkün deyil. Bütün kənd adından müraciət edirəm, şikayətimi işıqlandırın”.

Şəmkir rayon Düzqışlaq kəndinin suvarma idarəsinin Müdiri T.Xəlilovla əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verilmədi. Mövzunu diqqətdə saxlayacağıq.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki