ABŞ İstanbulda Ukrayna üzrə danışıqlardan sonra Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında mümkün görüşlə bağlı qərar verəcək.
Reuters xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin bir qədər əvvəl dediyi kimi, danışıqlar aparan tərəflər işgüzar münasibət saxlayırlar . Onun sözlərinə görə, Rusiya tərəfi İstanbulda danışıqlar prosesini və mümkün kompromisləri bərpa etməyə hazırdır.
İstanbula getməkdən imtina edən Vladimir Zelenski ora ukraynalı danışıqlar qrupunu göndərəcək. Ona müdafiə naziri Rustem Umerov rəhbərlik edəcək.
DOĞRU.AZ