image-2000x150px
image-123
image-ads_atlas
image-20565215090080551509611002backend

Sabah hava necə olacaq?

image-728x90px

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Doğru.az“-a verilən məlumata görə, aprelin 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi qərb rayonlarında yağış yağacaq, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 20-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişlidir.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki