image-n1karobka_ads
image-123
image-a64a034c175148795795853771010678985backend

Şabranda açıq ərazidə baş verən yanğın qısa müddətdə söndürülüb

image-ad_qayo_720x110px

Şabran rayonunun Dəvəçi kəndində açıq ərazidə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı FHN yayıb. Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə yanğınla bağlı məlumat daxil olduqdan dərhal sonra Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin və daha böyük əraziyə yayılmasının qarşısı alınıb.

Nəticədə yol kənarında 2 hektar sahədə kol-kos və biçilmiş taxıl sahəsi yanıb. Ətraf ərazilər yanğından qorunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki