image-n1karobka_ads
image-123
image-f3a4648bbbfc45adb744aaf4b163666dbackend

“Sağlam ürək sağlam vərdişlərdən başlayır”

image-ad_qayo_720x110px

Ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəblərindən biri olaraq qalır. Amma gündəlik vərdişlərdə sadə dəyişikliklərlə ürəyi qorumaq mümkündür.

Doğru.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsi bununla bağlı 5 əsas qaydanı açıqlayıb.

Birincisi, siqareti tərgitmək lazımdır – bu halda risk ilk gündən azalır. Hər gün 30–60 dəqiqə fiziki aktiv olmaq, meyvə, tərəvəz, paxlalı, balıq, tam taxıllar və faydalı yağlardan ibarət sağlam qidalanma rejimi saxlamaq, vaxtında və kifayət qədər yuxu almaq ürəyin sağlamlığı üçün vacibdir. Həmçinin artıq çəki də ürək üçün ciddi təhlükə sayılır.

“Yadda saxlayın: Sağlam ürək sağlam vərdişlərdən başlayır!”, – məlumatda vurğulanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki