image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-4backend

Şahmat Federasiyasının vitse-prezidenti: “O, əsl çempion kimi oynayırdı”

image-728x90px

Bunu  açıqlamasında Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov gənclər arasında dünya çempionatının qalibləri olan Abdulla Qədimbəyli və Gövhər Beydullayevanı hava limanında qarşılama mərasimində deyib.

O, 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı ən mötəbər turnirlərdən biri olduğunu bildirib: “1951-ci ildən bəri keçirilən bu yarışda bir qayda olaraq gələcək dünya çempionları iştirak edirlər. Boris Spasski, Vişvanatan Anand, Anatoli Karpov kimi şahmatçılar gənclər arasında dünya çempionatlarındakı çıxışları ilə tanınıblar”.

Faiq Həsənov qeyd edib ki, bu yarışda qalib gələn idmançının titulundan asılı olmayaraq, ona Beynəlxalq qorssmeyster titulu birbaşa verilir, eyni zamanda Dünya Kubokunda iştirak etməyə haqq qazanır: “Çox xoş haldır ki, Abdulla Qədimbəyli bu yarışa qədər həm Beynəlxalq qrossmeyster normativlərini ödəmişdi, həm də ötənilki Avropa çempionatındakı çıxışı ilə Dünya Kubokuna vəsiqəni qazanmışdı”.

Federasiya rəsmisi şahmatçılarımızın oyunu barəsində də danışıb: “Abdullanın çıxışı göstərdi ki, çox sakit və təmkinli idi. Bir dəfə də məğlub olmadı. Son turda da öz komanda yoldaşı ilə oynadı, gərgin mübarizə heç-heçə başa çatdı. Bununla belə, çempionluğu əldə edə bildi”.

Həsənov şahmata dövlət qayğısından da bəhs edib: “Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şahmatçılarımızı təbrik etdi. Bu, çox xoş haldır və bir daha göstərir ki, şahmat hər zaman dövlət qayğısında və diqqətindədir. Şahmatçılar da bilirlər ki, onların arxasında dövlət, bütün Respublika dayanıb”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki