image-n1karobka_ads
image-123
image-1766037753506256495_1200x630backend

Salyanda ağır yol qəzası: bir nəfər həyatını itirdi

image-ad_qayo_720x110px

Salyan rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Doğru.az xəbər verir ki, hadisə səhər saatlarında Ələt–Astara avtomobil yolunun Salyan rayonu Aşağı Kürkəndi kəndi ərazisində qeydə alınıb. Minik avtomobili ilə avtobusun toqquşması nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan Zeyqəm İbrahimov hadisə yerində ölüb.

Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilər nəqliyyat vasitəsində qalan meyiti çıxararaq aidiyyəti qurumlara təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-1766037753458631586_1200x630 image-1766037753437126120_1200x630 image-1766037753279332050_1200x630 image-17660377535554615562_1200x630 image-17660377531790013066_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki