image-2000x150px
image-123
image-ads_atlas
image-17047748475510348859_1200x630backend

Salyanda qanunsuz olaraq ov edən şəxs saxlanıldı

image-728x90px

Salyanda qanunsuz olaraq ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Doğru.az“-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Xıdırlı kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Bakı şəhər sakini R.Bayramov saxlanılıb.

Həmin şəxsdən 1 ədəd ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşu aşkarlanaraq maddi sübut kimi götürülüb götürülüb.

Faktla bağlı Salyan RPŞ-də araşdırmalar aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki