Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib, 9 nəfər xəsarət alıb.
Doğru.az xəbər verir ki, hadisə axşam saatlarında Salyan şəhəri ərazisində mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb.
Qəza nəticəsində Qasımov Səid, Əliyev Əmrah, Qafarov Novruz, Hüseynov Röyal, Abbasova Zeynəb, Səmədova Ruhiyyə, Ağayeva Sehranə, İsmayılova Gülcənnət və Babayev Ağababa müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Salyan Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, xəsarət alanlara zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicələri davam etdirilir. Onların vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
DOĞRU.AZ




























