Şamaxı rayonunda yerli vaxtla saat 03:14-də zəlzələ qeydə alınıb.
Doğru.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilir ki, Pirqulu stansiyasından 15 km şimalda baş verən yeraltı təkanların maqnitudası 3.2, dərinliyi isə 5 kilometr olub.
Zəlzələ hiss olunmayıb və hər hansı fəsad qeydə alınmayıb.
DOĞRU.AZ