Şamaxıda yol qəzası baş verib. Hadisə səhər saatlarında Bakı–Şamaxı–Yevlax yolunun 108-ci kilometrliyində qeydə alınıb.
Doğru.az xəbər verir ki, Oğuz rayon sakini, 49 yaşlı Seymur Dadaşov idarə etdiyi minik avtomobilinin üzərində nəzarəti itirərək yoldan çıxıb və avtomobil suötürücü kanala aşıb.
Qəza nəticəsində sürücü və onun həyat yoldaşı, 45 yaşlı Səidə Dadaşova müxtəlif bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
DOĞRU.AZ





























