image-n1karobka_ads
image-123
image-pagebackend

Sankt-Peterburqda yaşayış binalarına dronla hücum nəticəsində partlayış baş verib

Rusiyanın Sankt-Peterburq şəhərinə dron hücumundan sonra partlayış olub.

Doğru.az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarından xəbər verilib.

Bildirilir ki, partlayışla əlaqədar iki yaşayış binasına ciddi ziyan dəyib.

“Binalardan 100-ə yaxın sakin təxliyə edilib. İlkin məlumatlara görə, xəsarət alan yoxdur”, – deyə mənbələrdən vurğulanıb.

Bəzi məlumatlara görə, hücumun hədəfi Sankt-Peterburqun şimal-şərqindəki Ruçyi neft anbarı olub. Pilotsuz uçuş aparatının düşdüyü yerlə həmin məntəqə arasında bir kilometrdən az məsafə olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki