image-2000x150px
image-123
image-ads_atlas
image-58e0aaca043e0a0b943262f9737af931backend

Şanlı tariximizin 27 sentyabr səhifəsi

image-728x90px

2020-ci ilin 27 sentyabrı Azərbaycan tarixinin şərəfli və qürurverici səhifəsidir. Sentyabrın 27-si gecə saatarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu ərazidə yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi…

Erməni quldurları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə azərbaycanlını amansızcasına qətlə yetirmiş, yer-yurdlarından didərgin salmışlar. Həmin illərdə Zəngəzurda, Göyçədə, Dərələyəzdə, Vedibasarda, Basarkeçərdə, Bakıda, Gəncədə, Qubada, Şamaxıda, Tiflisdə, Lənkəranda, Qarabağda, Göyçayda on minlərlə günahsız soydaşlarımız erməni soyqırımına məruz qalmış, işgəncələrlə üzləşmişlər.

Soydaşlarımızın tarixi dədə-baba torpaqlarından deportsiya olunması sovet dövründə də şiddətlə davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandakı tarixi yurd yerlərindən 150 min azərbaycanlı didərgin salınaraq, Azərbaycanın Kür-Araz qırağında, ilan mələyən çöllərində yaşamaq məcburiyyətində qalmışdır. Erməni vəhşiliyi 1988-ci ildə də davam etmiş və Ermənistandakı tarixi torpaqlarımızda yaşayan 250 min azərbaycanlı deportasiya olunmuşdur. Belə bir xain düşmənlə Birinci Qarabağ müharibəsi zamanı ərazimizin 20 faizini itirən Azərbaycan Dövləti əsasən 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra Ermənistan Respublikası ilə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı. Sülh danışıqları prosesi 2018-ci ildə Ermənistanda rəngli inqilab nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi populist bəyanatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə ciddi ölçüdə sarsıldı.

2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri tərəfindən geri oturduldu.

2020-ci il sentyabr ayının 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiysının ümumi debatlarında videoformatda çıxışında Ermənistanın təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və 76 yaşlı mülki vətəndaşın həlak olması, habelə mülki infrasttuktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən, Azərbaycan Respublikasının Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələrilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir.

Azərbaycan 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurmaqla, son iki əsrlik tariximizdə ilk dəfə müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Ordumuzun əldə etdiyi tatixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.

Sirr deyil ki, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan cənab İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı..

Artıq iki ildir sentyabrın 27-si Azərbaycanda Anım günü kimi qeyd edilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən qeyd edilən “27 sentyabr anım günü” 44 günlük Vətən müharibəsində igidliklə döyüşmüş, ölkəmizin işğala məruz qalmış ərazilərinin azad edilməsi yolunda Şəhid olmuş əsgər və zabitlərimizə dərin ehtiramın ifadəsidir.

Biz Daxili İşlər Nazirliyinin əməkdaşları Daxili Qoşunların əməkdaşlarının torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsində iştirak etmələrindən qürur hissi keçiririk. Daxili İşlər Nazirliyi, Daxili Qoşunların 60-dan çox əməkdaşı Vətən müharibəsi zamanı Şəhid olmuşdur. Yüzlərlə yaralımız və qazimiz vardır. Onlara və ailə üzvlərinə istər müharibə, istərsə də sonrakı dövrlərdə yüksək diqqət və qayğı ilə yanaşıldığına görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya həmişə minnətdarıq. Daxili İşlər Naziri, general-polkovnik cənab Vilayət Eyvazov da Daxili İşlər Nazirliyinin Şəhid ailələrini və qazi əməkdaşlarını heç zaman unutmur, vaxtaşırı onların ailələrinin problemləri, çətinlikləri ilə maraqlanır, daxili imkamlar hesabına köməklik göstərir.

Biz Daxili İşlər Nazirliyinin əməkdaşları möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bundan sonra da vətənimizin müdafiəsi və tərəqqisi naminə dövlətimizə və xalqımıza layiqincə xidmət edəcəyik.

df111991-2f16-4ecc-ba22-0db866a03852 (1).jpg (91 KB)

Vüqar Sərdarov

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki