image-2000x150px
image-123
image-ads_atlas
image-1712983776797061189_1200x630backend

Səbail rayonunda onsəkkizmərtəbəli yaşayış binasına bitişik konstruksiya yanıb – FOTO

image-728x90px

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Göyüş Qarayev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Doğru.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının onsəkkizmərtəbəli yaşayış binasına bitişik taxta konstruksiyadan ibarət tikilidə baş verdiyi və hər an binaya keçmə riskinin olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın yaşayış binasına keçməyə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sahəsi 5 kvadratmetr olan taxta konstruksiyadan ibarət yarımçıq tikili və 25 kvadratmetr sahədə taxta qırıntıları yanıb, binanın fasadında 5 poqonometr elektrik kabelləri əriyib.

Yaşayış binası yanğından mühafizə edilib.

DOĞRU.AZ

image-17129837762277822688_1200x630 image-17129837764514058867_1200x630 image-17129837764580538334_1200x630 image-1712983776155548941_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki