image-n1karobka_ads
image-123
image-milli-meclisbackend

Şəhid ailələrinə edilən güzəştlər artırılır

image-ad_qayo_720x110px

Milli Məclis “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihəni birinci oxunuşda müzakirəyə çıxarıb.

Layihəni parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Komitə sədri əlavə edib ki, qanunun 6-cı maddəsinə “Azərbaycan Respublikasının” sözlərindən sonra “dövlət” sözü, “fondlarından” sözündən sonra “habelə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına” sözləri əlavə edilməsi təklif olunur.

Musa Quliyev bildirib ki, təklif olunan dəyişikliklər dəqiqləşdirmə və konkretləşdirmə məqsədi daşıyır, habelə şəhid ailələrinə göstərilən yardımların, köməkliklərin dairəsi genişləndirilir:

“Bu dəstək mənbələrinə dövlət icbari şəxsi sığorta da əlavə olunur”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki