Doğru.az xəbər verir ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın Qələbə zəfəri ilə bitsə də bu gün İkinci Qarabağ müharibəsində şəhid olan 17 nəfər hərbiçinin valideynləri və qohumları bu gün Tbilisi prospektinə toplaşaraq yarım saat nəqliyyatın hərəkətini bağlayıblar. Problemlə əlaqədar şəhid anaları Müdafiə nazirinin müavini, general- leytenant Kərim Vəliyevlə görüşmək istəyiblər.
Baş verən etirazın səbəbi 17 nəfər hərbiçinin Şəhidlər Xiyabanında dəfn edilməsindən imtina edilməsidir.Şəhidlərimizin valideynləri və qohumları bildirir ki, “Biz hamımız Bakı sakinləriyik, həlak olan övladlarımız da həmçinin. Nə üçün onları Qaradağda, Lökbatanda və başqa yerlərdə dəfn etdilər? Biz əsgərlərimizə hörmətlə yanaşmağ, onların digər müharibə iştirakçıları ilə birlikdə Şəhidlər Xiyabanında dəfn olunmasını tələb edirik”.
Qeyd edək ki, qısa fasilədən sonra Müdafiə Nazirliyində şəhid anaları qəbul edilib və onların problemi dinlənilib.
























