image-n1karobka_ads
image-123
image-screenshot_20220803-221846_facebookbackend

Şəhid Elşən Səfərovun adınını daşıyan Çayrud kənd tam orta məktəbinin 100 illik yubiley tədbiri – FOTO

image-ad_qayo_720x110px

2022-ci il iyulun 29-da Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbinin yaradılmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib. 

Doğru.Az xəbər verir ki, tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı İqbal Məmmədov, Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, məktəbin məzunları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərin, məktəbin vəfat etmiş müəllimlərinin və məzunlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Eltay Almasov çıxış edərək təhsil müəssisəsinin tarixindən, ötən dövrdə əldə edilmiş uğurlardan danışıb. Məlumat verilib ki, məktəbin indiyədək 3400-dən çox məzunundan 500-ə yaxını Azərbaycan Respublikasında, 220 nəfərə qədəri müxtəlif xarici ölkələrdə ali təhsil müəssisələrini bitirmiş, 120-dən artıq məzun orta ixtisas təhsili alıb. Məzunlar arasında elmin müxtəlif sahələri üzrə 6 nəfər elmlər doktoru, 25 nəfərdən çox elmlər namizədi, aspirant, dissertant və magistrlər, yüzlərlə müəllim, 30 nəfərdən çox həkim, onlarla hüquqşünas, jurnalistlər, mühəndislər, iqtisadçılar, hərbçilər, tanınmış incəsənət xadimləri, yazıçı və şairlər, naşirlər, kənd təsərrüfatı mütəxəssisləri var. Məktəbin məzunlarından 4-ü Birinci Qarabağ müharibəsində, 2-si Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlib.

Tədbirdə Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, Milli Məclisin deputatı İqbal Məmmədov, Maliyyə Nazirliyinin əməkdaşı Məzahir Ağazadə, məktəbin məzunu, naşir Akif Dənzizadə və digərləri çıxış edərək əlamətdar yubiley münasibətilə təbriklərini çatdırıb, məktəbin tarixinə nəzər salaraq bu təhsil müəssisəsinin zəngin ənənələrə malik olduğunu bildirib, məktəbin uğurlarının davamlı olacağına əmin olduqlarını ifadə ediblər.

DOĞRU.AZ

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki