image-2000x150px
image-123
image-ads_atlas
Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun döyüş yolu-FOTOLARbackend

Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun döyüş yolu-FOTOLAR

image-728x90px

Azərbaycan tarixinə adını qızıl həriflər yazan igid oğullarımızdan biridə Azərbaycan Ordusunun polkovnik-leytenantı Vidadi Xəlilov oldu. Vidadi Vaqif oğlu Xəlilov 1982-ci il iyulun 16-da Göyçay şəhərində anadan olub.

İkinci Qarabağ döyüşlərində şücaəti və əzmkarlığı seçilən igidimiz 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində bir daha özünü sübut etdi. Polkovnik-leytenant Vidadi Xəlilov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı Laçın istiqamətində gedən döyüşlərdə 31 oktyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olaraq, şəhadətinə qovuşdu.

Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsi, Şəhid Polkovnik-leytenantın hərbiçi yoldaşları, N saylı hərbi hissənin rəhbərliyi, əsgərlər,rayon ictimaiyyəti və gənclər tərəfindən rayonda Şəhidlər Xiyabanınında dəfn olunan polkovnik-leytenantımız bu gün tək Göyçaylılar üçün yox bütöv Azərbaycanın qürur mənbəyidir.

Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bununla yanaşı Azərbaycan Ordusunun polkovnik-leytenantı Vidadi Xəlilov Cəbrayılın,Qubadlının, Laçının azad olunmasında göstərdiyi qəhrəmanlığına,şücaətinə görə prezident İlham Əliyevin 24.12.2020 ( “Cəbrayılın azad olunmasına görə” ); 29.12.2020 ( “Qubadlının azad olunmasına görə”) ; 29.12.2020 (“Laçının azad olunmasına görə”)- ci il tarixli sərəncamına əsasən, medallarla təltif olunubdur.

Allah Rəhmət Etsin.

Səbuhi Eltonlu.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki