image-2000x150px
image-123
image-ads_atlas
Səhiyyə Nazirliyi bəzi dərmanların satışına qadağa qoydubackend

Səhiyyə Nazirliyi bəzi dərmanların satışına qadağa qoydu

image-728x90px

Doğru.az xəbər verir ki, Səhiyyə Nazirliyi “Hartil®-D” əmtəə nişanlı dərmanın Azərbaycana gətirilməsi və satışını qadağan edib.

Qeyd edək ki, “EQIS Əczaçılıq Zavodu” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Hartil®-D” ticari adlı ramipril/hydrochlorothiazide – 2.5 mg/12.5 mg tərkibli tabletlər №28 (2×14) blisterdə, karton qutu qablaşmada dərman vasitələrinin stabillik sınaqlarından əldə olunan nəticə spesifikasiya çərçivəsindən kənara çıxdığından həmin seriya ilə buraxılan dərman vasitəsinin geri çağırılması qərara alınıb.

Bununla bağlı topdansatış əczaçılıq müəssisələri və “EQIS Əczaçılıq Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi məlumatlandırılıb.

Eyni zamanda 0010319 seriya ilə buraxılmış son istifadə tarixi gələn ilin martınadək olan “Hartil®-D” ticari adlı ramipril/hydrochlorothiazide – 2.5 mg/12.5 mg tərkibli tabletlərin ölkəmizə idxalı və topdan və pərakəndə satışı qadağan edilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki