image-2000x150px
image-1887b165-2735-3933-bebe-5dc77f2f5753_850backend

Səhiyyə sahəsində Beynəlxalq Proqramlar üzrə komissiya iclası keçirilib

image-728x90px

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) 56-cı iclası keçirilib.

Bu barədə nazirlikdən bildirilib.

İclasın məqsədi İİV/QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondunun maliyyə dəstəyi ilə respublikada həyata keçirilən və Səhiyyə Nazirliyinin Əsas Resipiyent olduğu İİV/Vərəm qrantı çərçivəsində cari ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və fəaliyyətlər haqqında məlumatın verilməsidir.

İclasda Səhiyyə Nazirliyinin və aparıcı səhiyyə qurumlarının məsul şəxsləri, ÖƏK-ə üzv olan və beynəlxalq təşkilatlarının nümayəndələri, həmçinin Vərəm və İİV-lə mübarizə üzrə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə giriş sözü ilə səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxış edib. Qlobal Fondun ölkəmizə verdiyi dəstəyi və tövsiyələrini yüksək qiymətləndirən N.Zeynalov nazirlik tərəfindən görülmüş işlər barədə məlumat verib.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki