image-n1karobka_ads
image-123
image-1736291163890731519_1200x630backend

Şəmkirdə fərdi yaşayış evində yanğın baş verib

image-ad_qayo_720x110px

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nu barədə FHN-dən bildirilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşotaqlı fərdi yaşayış evinin zirzəmisində 60 m² sahədə ev əşyaları və zirzəminin tavanı 12 m² sahədə yanıb. Otaqlar yanğından mühafizə olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki