image-n1karobka_ads
image-123
image-22backend

Şəmkirdə güllələnmədə şübhəli bilinən qardaşlar saxlanıldılar

Şəmkirdə 27 yaşlı oğlan silahla vurulub.

Daxili İşlər Nazirliyinin regional qrupundan bildirilib ki, Zabil Aslanov odlu silahdan atəş açılması nəticəsində bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən rayon sakinləri Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıblar. Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki