Sevastopol qubernatoru Mixail Razvojayev Sevmorzavodun cənubunda baş verən yanğının yerində olduğunu bildirib. Yanğın Ukrayna Silahlı Qüvvələrinin raket hücumundan sonra baş verib.
O, Telegram kanalında yazıb ki, ilkin məlumata görə, ümumilikdə 24 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti orta ağırdır.
“Bütün əməliyyat xidmətləri yerində işləyir, şəhərdə mülki obyektlər üçün təhlükə yoxdur”, – məlumatda deyilir.
Sevastopol rəhbəri əlavə edib ki, zərərçəkənlərə bütün lazımi yardımlar tam həcmdə həyata keçirilir.
“Yalnız rəsmi mənbələrdən alınan məlumatlara etibar edin. Düşmənə kömək etməmək üçün hadisə ilə bağlı video paylaşmayın”, – deyə rəsmi vurğulayıb.
Mənbə: Sputnik