image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_20221122-191320_whatsappbackend

Sığorta sektorunda rəqəmsal transformasiyanın sürətləndirilməsi məqsədi ilə əməkdaşlıq quruldu – FOTO

image-728x90px

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Azerbaijan Information and Communication Technologies Industry Association (#AİKTSA) rəhbər heyətləri arasında görüş keçirilib.
Görüşdə sığorta sektorunda rəqəmsal savadlılığın artırılması və #kiber-təhlükəsizliyin təmin olunması, eyni zamanda rəqəmsal transformasiyanın sürətləndirilməsi imkanları geniş müzakirə edilib.

#Azərbaycan #Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev iclası giriş sözü ilə açaraq Assosiasiya haqqında və yerli sığorta bazarının mövcud vəziyyəti barədə geniş məlumat verib. Bildirib ki, hər bir sahədə olduğu kimi sığorta sektorunda da bu günün və gələcəyin reallığını #rəqəmsal #transformasiya təşkil edir.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə heyətinin sədri Elvin Abbasov və Assosiasiyanın Rəqəmsal Sigorta Komitəsinin rəhbəri Nicat Əlibəyli və iki qurum arasında yaradılan işçi qrupun rəhbəri Vüqar İsmayılov çıxışlarında sığorta sektoru ilə əməkdaşlıq çərçivəsində təklif edə biləcəkləri yeniliklərdən söz açıblar.

İrəli sürülən təkliflər sırasında yerli sığorta bazarında təqdim olunan bütün sığorta məhsullarının tam elektronlaşdırılması və
#sığorta məlumatları bazasının gələcək #inkişaf üçün əhəmiyyətinə xüsusi toxunulub.

Görüşdə iki qurumun qarşılıqlı əməkdaşlıq imkanları əsas müzakirə mövzusu olub. Qarşılıqlı əməkdaşlıq çərçivəsində sığorta şirkətlərinin #İT mütəxəssisləri ilə AİKTSA-nın nümayəndə heyətindən ibarət İşçi Qrupunun formalaşdırılmasına qərar verilib.
Qurumlar arasındakı qarşılıqlı əməkdaşlığın rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası arasında ikitərəfli Memorandum imzalanıb.

image-screenshot_20221122-191315_whatsapp

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki