image-2000x150px
image-123
image-ads_atlas
image-plane-passing-by-sun-cloudy-day-pic_32ratio_900x600-900x600-21672backend

Sinqapurda “Air China” şirkətinə məxsus təyyarənin mühərrikindəki yanğına görə sərnişinlər təxliyə edilib

image-728x90px

Sinqapurda “Air China” aviaşirkətinə məxsus təyyarənin ekipajı təyyarənin mühərriki alovlandıqdan sonra sərnişinləri təcili təxliyə etməli olub.

Bu barədə Global Times xəbər verir.

Hadisə Sıçuandan Sinqapura uçan təyyarənin göyərtəsində baş verib. Eniş zamanı stüardessalar salonda tüstünün olduğunu görüblər. Sonradan məlum oldu ki, səbəb mühərriklərdən birində olub.

Təxliyə zamanı 146 sərnişindən 9-u yüngül xəsarət alıb. Yanğın tez bir zamanda söndürülüb. Hadisə şahidlərindən birinin sözlərinə görə, insident təyyarə artıq hava limanının üzərindən enərkən baş verib. Mütəxəssislər hadisənin səbəblərini araşdırır.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki