İsveçrənin “Sion” klubunun prezidenti Kristian Konstantin yarımmüdafiəçi Anton Mirançukun durumundan danışıb.
“Sport-Ekspress” in Konstantinə istinadən verdiyi məlumata görə , Anton Mirançuk zədəsini sağaldıb və əsas qrupa qayıdıb. O, mayın 4-də “Sürix”lə baş tutacaq oyunda komandaya kömək edəcək.
Mirançuk 2024-cü ilin sentyabrında Sion ilə müqavilə imzalayıb.
Cari mövsümdə 29 yaşlı futbolçu İsveçrə klubunda 20 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bundan əvvəl Sion prezidenti bəyan etmişdi ki, bu yay Mirançukun satışı müzakirə olunmur.
DOĞRU.AZ