image-2000x150px
image-123
image-ads_atlas
image-img_20240331_220258_293backend

SON DƏQİQƏ: Bakıda yaşayış binasında yanğın – FOTO/VİDEO

image-728x90px

Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayış binasında yanğın başlayıb.

Doğru.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olub.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, artıq Sabit Rəhman küçəsi ilə Xan Şuşinski küçəsinin kəsişmədə, yaşayış binasında baş verən yanğın səbəbindən, Həsən Əliyev küçəsinin kəsişməsindən Səməd Vurğun küçəsinə giriş məhdudlaşdırılıb.

DOĞRU.AZ

image-img_20240331_220258_184 image-img_20240331_220258_434

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki