Beyləqan rayonu, Allahyarlı kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib, vətəndaşlar avtomobildə köməksiz vəziyyətdə qalıb.
Doğru.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Hadisə yerində aparılan operativ tədbirlər zamanı “Lada” markalı minik avtomobilinin idarəetməni itirərək su kanalına düşdüyü və içəridəki vətəndaşların köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində 2-si azyaşlı olmaqla 4 nəfər avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
DOĞRU.AZ




























