image-ads_n1karobka_mobile
image-nocomment_3412cadf4df0a612384f6a0b4e92db65_l54eam8rqztwf3u9hc1j-640x336backend

SON DƏQİQƏ: Cəbrayıl–Füzuli sərhədində güclü yanğın yayılır

image-add-a-heading

Yanğın hadisəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində başlayaraq Füzuli rayonunun Qazaxlar və Mirzənağılılar kəndlərinə qədər yayılıb.

Doğru.az xəbər verir ki, geniş əraziləri əhatə edən yanğın hazırda sərhəd boyunca davam edir. Hadisə yerinə FHN-in Füzuli rayonunun yanğınsöndürən bölməsinin 3 avtomobili şəxsi heyətlə, Cəbrayıl rayonunun isə 2 yanğınsöndürən bölməsinin avtomobili şəxsi heyətlə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki