image-n1karobka_ads
image-123
image-1753869119_fd2c20fd-8df0-4834-8a5d-ec02d26c6821backend

Sumqayıt Bələdiyyəsinin sədr müavini 35 yaşını qeyd edir – FOTO

image-ad_qayo_720x110px

31 iyul tarixində 35 yaşını qeyd edən Nərmin Mehdiyeva hazırda Sumqayıt Bələdiyyəsinin sədr müavini olaraq dövlət idarəçiliyində özünü peşəkar, prinsipial və yenilikçi qadın rəhbər kimi təsdiqləmişdir.

Doğru.az xəbər verir ki, onun dövlətə və xalqa sədaqətlə xidməti, milli-mənəvi dəyərlərə bağlılığı və Sumqayıtın sosial-iqtisadi inkişafına verdiyi töhfələr geniş fəaliyyət yolunu əhatə edir.

Nərmin xanımın xüsusi xidmətlərindən biri də Sumqayıt Bələdiyyəsində vergi xidmətinin formalaşması və gücləndirilməsi olub. Onun təşəbbüsü ilə vergi yığımında səmərəlilik artırılıb, şəffaf idarəetmə mexanizmləri tətbiq edilib. Nəticədə Sumqayıt Bələdiyyəsi ölkədə vergi yığımında öncül bələdiyyələrdən birinə çevrilib.

Bununla yanaşı, o, erkən nikahlarla mübarizə, şəhid ailələrinin və qazilərin sosial müdafiəsi, qadınların cəmiyyətə inteqrasiyası, gənclərin fəallığının artırılması istiqamətində də bir çox nümunəvi layihələrə imza atıb.

Onun fəaliyyətini səciyyələndirən əsas şüar isə belədir:
“Dövlətə sədaqət, xalqa xidmət, şəhərə sevgi!”

Nərmin Mehdiyevaya doğum günü münasibətilə yeni yaşında möhkəm can sağlığı və daha böyük uğurlar arzulayırıq.

DOĞRU.AZ

image-1753869256_aace77a8-6370-4ef8-a747-96fc618cb7f3 image-1753869170_785300da-26e2-43fe-949e-715a05ee02d7 image-1753869197_c503d948-b958-4c3a-8f38-d25f866eb20d image-1753869303_460d9271-2717-4b60-9b93-4699ad7439ae image-1753869258_67c35ac8-31d5-4524-b859-dc50d57d4feb image-1753869219_7544250f-e4d1-4fb6-a374-d9671ea8694e

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki