Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Sumqayıt şəhərinin 41-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin ümumi dəhlizində quraşdırılan elektrik lövhəsindəki yanğının genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 5-i uşaq olmaqla, 11 nəfər bina sakini təxliyə edilib.
Yanğın nəticəsində 6 sayğac, 6 qoruyucu açar və 5 poqonometr elektrik kabeli yanıb.
Mənzillər və yataqxana binası yanğından mühafizə olunub.
DOĞRU.AZ