image-2000x150px
image-123
image-ads_atlas
image-1621402961_608c18b885600a0bdb5d18c9backend

Sürücülərin nəzərinə: Bu yollarda tıxac var

image-728x90px

Səhər saatlarından etibarən paytaxtın bir sıra küçə və prospektlərində sıxlıq müşahidə edilir.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, Bakı – Sumqayıt şosesində Xırdalan dairəsi istiqamətindən başlayaraq, 20 Yanvar dairəsi adlanan istiqamətinə qədər avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Sıxlıq eləcə də Tbilisi prospekti – (A.Salamzadə küçəsi ilə kəsişməyə qədər, Şəhər mərkəzi istiqaməti), Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində), Abbasqulu ağa Bakıxanov küçəsi (Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqaməti), Zabrat şosesi – (Zabrat dairəsi istiqamətindən,əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində), Qara Qarayev prospekti – (Qara Qarayev metro stansiyasının yaxınlığından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində), Babək prospekti üzrə Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, Şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətinə qədər olan hissədə müşahidə edilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki